Mərkəzi Bankın Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam veriləcək

287

Azərbaycan Respublikası Mərkəzi Bankının qərarına əsasən biznes proseslərin optimallaşdırılması çərçivəsində cari ilin sonunda Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam veriləcək. Bu dəyişikliklə Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bankın Bakı şəhərindəki inzibati binalarına yönləndiriləcək.

Yeni qərara görə, tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi və digər müvafiq xidmətlər üçün vətəndaşlar Bakı, Yevlax, Biləsuvar və Naxçıvanda yerləşən Mərkəzi Bank idarələrinə müraciət edə biləcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər