Sumqayıtda məsciddən oğurluq edən şəxs barəsində qərar verildi – VİDEO

1581

Bakıda məsciddən oğurluq edən Anar Mirzəyev barəsində inzibati həbs qərarı verilib.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, A. Mirzəyev əvvəllər də məhkumluq həyatı yaşayıb:

“Həmin şəxs Bakıdakı “Qasımbəy”, Sumqayıtda “Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib. Buna görə onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə inzibati həbs qərarı verilib”.

Qeyd edək ki, A. Mirzəyev Yasamal rayonundakı məscidin nəzir qutusundan pul oğurlayarkən sakinlər tərəfindən tutulub. Onu qaçmaması üçün dirəyə bağlayıblar. Sonradan onu polisə təhvil veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər