Məşhur aparıcını öldürən modelin telefonundan çıxanlar hər kəsi şoka saldı

677

Türkiyənin məşhur aparıcı və aktyorlarından biri olan Vatan Şaşmazın istintaq dosyesi bu gün bağlanıb.

Publika.az xəbər verir ki, aparıcını 4 güllə ilə öldürən keçmiş sevgilisi Filiz Aker də hadisədən sonra intihar etdiyi üçün məhkəmə istintaqın başa çatdığını elan edib.

İstintaq zamanı keçmiş model Filiz Akerin telefonunda aparılan araşdırmalarda maraqlı məqamlar ortaya çıxıb. F.Aker hadisədən təxminən bir ay öncə internetdə “orqan bağışlanması hansı xəstəxanalarda edilir”, “öləndən sonra bədən niyə sərtləşir”, “öləndən sonra bədən niyə ağırlaşır”, “silah aksesuarları harada satılır” kimi araşdırmalar apardığı üzə çıxıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər