Türkiyənin məşhur jurnalisti Məmməd Əli Birandın “32-ci gün” proqramının Azərbaycanla bağlı 1989-cu il buraxılışı sözügedən verilişin Yutub kanalına yerləşdirilib.
Axar.az xəbər verir ki, həmin buraxılış Məmməd Əli Birandın 1989-cu ilin noyabrında Bakıda şahidi olduğu olayları əhatə edir.
Videoda 1989-cu ilin noyabrında Bakıda cərəyan edən gərgin hadisələr, milli azadlıq hərəkatı və Qarabağ prosesləri ilə bağlı sensasion kadrlar yer alıb.