Məşhur modeldən aparıcı Zaura və “Toppuş bacıya” SƏRT SÖZLƏR: “Artistilik edir” – VİDEO

1364

“Zühal Topalla izdivac” verilişindən məşhurlaşan azərbaycanlı gəlin namizəd Esmira Zaur Baxşəliyev haqqında sərt ittihamlar irəli sürüb.

Publika.az xəbər verir ki, Esmira Zaur Baxşəliyevin xərçəng xəstəliyindən əziyyət çəkən Toppuş bacını (Tünzalə Əliyeva) verilişə sadəcə yardım etmək məqsədilə dəvət etmədiyini deyib. O, hesab edir ki, Toppuş bacıdan reytinq xatirinə istifadə olunur:

“Hara baxırıq Toppuş bacıdan söhbət gedir. Allah bütün xəstələrə şəfa versin. Bu, lağlağı mövzusu deyil, lağ da etmirəm. Lakin o qədər xəstə və ölümlə üzbəüz dayanan insanlar var ki, öləcəklərini bildikləri halda Zaur onları efirə çıxardıb reklam etmir. Tünzaləni reytinq xətrinə reklam edir. Mən özüm də əvvəllər evlilik verilişdə olmuşam. Onda bizə də ssenari yazırdılar ki, hansı hissədə ağlamaq və ya gülmək lazımdır. Aparıcı özünü artistliyə qoyurdu. İndi də Zaur özünü artistliyə qoyub”.

Ən kəskin fikirləri isə aktrisanın həyat yoldaşı haqqında olub:

“Azərbaycanda o qədər kasıb, xəstə və maşımı olmayan ailələr var. Tünzalənin neçə bahalı maşını var, əri sürür. Bir dəfə də görmədim ki, əri onun səhifəsində Tünzalə haqqında nə isə paylaşsın”.

Məlumat üçün bildirək ki, model olduğunu söyləyən azərbaycanlı gəlin namizəd Star TV-də yayımlanan evlilik verilişində iştirak edib. Bir müddət sonra isə onun transseksual olması və cinsiyyətini dəyişdirməsi haqqında xəbərlər yayılmışdı. Lakin o, bu xəbərləri təkzib etmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər