“Yaxın günlərdə “reket” nəşrlərin siyahısına əlavələr olacaq”. Bu barədə Azərbaycan Mətbuat Şurasında (MŞ) “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə komissiyanın təşkilindən ötən il bir il ərzində gördüyü işlərlə bağlı açıqlamasında bildirib. V. Rəhimzadə bildirib ki, indi Şuranın tərtib etdiyi «qara siyahı»da yer alan «reket» nəşrlərin sayı 71-dir. Ölkə ictimaiyyəti mediadan, xüsusi buraxılışlardan artıq onların kimliklərinə bələddir. Çoxsaylı zənglər, məktublar, mətbu çıxışlar ümumi işimizin dəstəkləndiyini göstərir”.
Komissiya sədri deyib ki, MŞ “reket” nəşrlərin yeni siyahısını da hazırlayır və bununla bağlı araşdırmalar başa çatdırmaq ərəfəsindədir. V. Rəhimzadə deyib ki, son siyahının açıqlanmasından sonra ictimaiyyətlə əlaqələr daha da genişlənib: “Hər gün azı 7-8 müraciətlə əlaqədar araşdırmalar aparmaq lazım gəlir. Hələlik yekun qərar olmadan konkret hansısa nəşrin adını açıqlamırıq. Proses ictimai dəstək olmadan uğurla yekunlaşa bilməz. Bölgələrdən, təkcə Gəncə və Sumqayıtdan təxminən 70-ə yaxın kütləvi informasiya vasitəsi ilə bağlı şikayət xarakterli informasiyalar daxil olub. Hazırda bu faktlarla bağlı araşdırmalar gedir. Müxtəlif yayım firmalarına və nəşriyyatlara da tövsiyələrimizi vermişik. Təqdirəlayiq haldır ki, çağırışımıza müsbət yanaşılır. Bu baxımdan “Azərbaycan” Nəşriyatının fəaliyyətini yüksək qiymətləndiririk. Ümid edirik ki, digər qurumlar da “reket” nəşrlərlə əməkdaşlıqdan uzaq durmaqla mediamızın mütərəqqi ənənələrinə hörmətlərini göstərəcəklər”.
Mətbuat Şurasına Sumqayıtdan çoxsaylı şikayətlər daxil olub
•
944