Bakı Metropoliteninin “Xətai” stansiyası təmirə bağlanacaq.
Sumqayitxeber.com xəbər verir ki, bunu “Sputnik Azərbaycan”a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək: “Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub”.
Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.