Meyitdən orqan köçürülməsi: Qanun qəbul edilsə də, icrası niyə gecikir? – VİDEO

1065

Qanunvericilikdə meyit orqanlarından donor kimi istifadəyə icazə verilsə də, ölkəmizdə hələ də belə bir əməliyyat aparılmayıb. Bəs görəsən, qanunun icrasını gecikdirən səbəb nədir?

Məsələ ilə bağlı ARB telekanalında “Diqqət efir” verilişinə açıqlama verən deputat Müşfiq Məmmədli hazırda bu istiqamətdə addımların atıldığını bildirib.

O, həmçinin qeyd edib ki, orqan transplantasiyası baha olduğu üçün qanunun icrasına başlanıldığı zaman bu əməliyyatlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxil ediləcək:

“Qanunun qəbul olunması ilə prosesin icrası arasında təbii ki, hazırlıq mərhələsi var. Onun həyata keçirilməsi, müvafiq ixtisaslı həkimlərin bu prosesə cəlb olunması və s. Bunlar bir xeyli vaxt tələb edən məsələlərdir. Dünya praktikasına diqqət yetirsək, görərik ki, bir çox çatışmazlıqlar, orqan alveri kimi hallar var. Azərbaycan da bu prosesləri başladığı andan etibarən elə tənzimləmək istəyir ki, digər ölkələrdə gördüyümüz mənfi məqamlarla qarşılaşmayaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər