Meyvezer Həbibin çağırışına cavab verdi

Meyvezer Həbibin çağırışına cavab verdi

1611

Amerikalı peşəkar boksçu Floyd Meyvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun çağırışına cavab verib.

Oxu.Az xəbər verir ki, Meyvezer özünün “Twitter” səhifəsində bunu yazıb:

“CBS, Showtime и MGM Grand çek kitabçalarınızı hazırlayın. Həbib mənə çağırış etdi”.

Qeyd edək ki, dağıstanlı idmançı boks üzrə sabiq çempionuna çağırışında özünə rəqib görmədiyini deyib:

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var – o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər