MİDA-dan ev almaq istəyənlərin nəzərinə

1315

Xəbər verdiyimiz ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yanvarın 25-də növbəti onlayn satışını həyata keçirəcək. Yasamal Yaşayış Kompleksində yerləşən ümumilikdə 174 mənzil güzəştli şərtlərlə təklif olunduğu bu satışda qiymətlər 30 mindən başlayır.

Ssatışlara maraq yüksək olduğundan hər dəfə sistemin donması və bu kimi səbəblər istifadəçiləri məyus edir. Bu dəfə qurum arzuolunmaz halların yaşanmaması üçün prosesin xeyli təkmilləşdirildiyi bildirilib. Belə ki, istifadəçilərin elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə 12 yanvar tarixində sistemin sınaq mühitində mənzil seçimini təşkil edilib, yanvarın 15-də isə “Güzəştli mənzil” sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verilib.

Sınaq modulu 24 yanvar tarixinədək aktiv olacaq. Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

Bundan başqa, güzəştli mənzillərin əldə edilməsi qaydasında bir neçə dəyişikliklər də edilib. May ayının 1-dən etibarən tətbiq ediləcək yeniliklərə əsasən, sistemdə elektron kabineti olan şəxs agent banka müraciət edərək ilkin razılıq qərarını ala və agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edə biləcək.

Daha bir yeniliyə əsasən seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək.

Son olaraq isə mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək. qafqazinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər