Mikrafon açıq olanda səsi daha uzaqlardan eşidilir

1028

“Şəhər həyatı” silsiləsindən

I yazı

R Oday

Bu günlərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun şəhər sa­kin­ləri ilə növbəti «Açıq mikrafon» görüşü keçirildi. Əslində mən bu yazımda görüş haqqın­da informasiya vermək yox, bu qəbildən olan görüşlərin mahiyyəti və əhəmiyyəti haq­qın­da danışmaq istəyirəm.

Bildiyimiz kimi, belə bir praktika Azərbaycanda ta qədim zamanlardan mövcuddur. Şahlar, padşahlar, əyalət, vilayət rəhbərləri carçılar vasitəsilə elan edər və bildirərdilər ki, filan gündə, filan saatda şah camaatın dərdi-sərini dinləyəcək. Kimin nə ərzi-gileyi varsa, deyilən vaxtda filan meydana toplaşsın. Beləliklə, şah şikayətçiləri dinləyər, şi­ka­yətlərə uyğun olaraq yerindəcə qərar qəbul edər, vəzir-vəkillərinə müvafiq göstərişlərini verər, işləri yoluna düşən, problemləri həll olunan camaat da şaha dua edə-edə evlərinə dağılardı.

Bu ənənənin bu günümüzə qədər gəlib çatması və müdrik pəhbərlər tərəfindən davam etdirilməsi, bu metodun faydalı olmasından və proseslərə müsbət təsir göstərməsindən xəbər verir. «Açıq mikrafon» görüşlərinin faydalılığını səciyyələndirən bir neçə cəhət var: biricisi, xalqla rəhbər arasında keçilməz hesab olunan sədləri, sərhədləri aradan qaldırır, ikincisi, camaat daha geniş tərkibdə müxtəlif idarə və müəssisə rəhbərlərindən şikayətlərini edə, təkliflərini verə bilir, qaldırılan məsəl ilə bağlı birbaşa şəhər rəhbərinin dilindən cavab aldıqlarına görə ürəklərində bir rahatlıq və təskinlik tapırlar. Üçüncüçü, bu görüşlər hansı məmurun (şikayətlərin sayına və dərəcəsinə görə) yerində olub-olmamasının göstəricisidir. Dördüncüsü hər xırda məsələdən ötəri idarə rəhbərləri tərəfindən incidilən insanların icra hakimiyyəti binasına ayaq döymələrinə ehtiyac qalmır. Beşincisi və ən əhəmiyətlisi isə bu görüşlər şəhər rəhbərinə olan inamsızlığı aradan qaldırmaqla bərabər, sakinlərin qəlbində başçıya olan sevgini, sayğını birə-beş artırır.

Bu baxımdan mən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun şəhərin 9-cu mikrorayonda sakinlərlə «Açıq mikrafon» görüşünü və buna qədərki silsilə görüşlərini yüksək qiymətləndirir və təqdir edirəm. Qeyd edim ki, görüşlər hər dəfə yeni ünvanda – yəni ayrı-ayrı mikrorayonlarda keçirilir. O yerlərdə ki, orada yetərincə abadlıq və quruculuq işləri aparılıb – binaların fasadları gözəl görkəmə salınıb, həyətdaxili yollara asvalt döşənib, mini futbol meydançası inşa olunub, uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb və sairə və ilaxır.

Bütün bunlar isə istər Sumqayıtın mərkəzi hissələrində, istərsə də mikrorayonlarda aparılan abadlıq-quruculuq işlərindən xəbər verməklə bərabər, bir müddət sonra Sumqayıtın yalnız abad və nümunəvi məhələlələrdən ibarət olacağının göstəricisidir. Buna isə yalnız və yalnız sevinmək lazımdır. Bizdə gözəl bir adət var, bir iş üstünə gələndə, daşı daş üstünə qoyan görədə «yorulmayasan, işin avand olsun» deyərlər. Biz də hər birimiz üçün tale şəhəri olan Sumqayıtın sosial-iqtidadi inkişafında, simasının gözəlləşməsində zəhməti olan hər bir kəsə üzümüzü tutub: işiniz avand, əlləriniz var olsun, – deyirik. Dekabr ayında 12-ci mikrorayonda, yeni “nümunəvi məhəllə”də və “açıq mikrofon”da görüşənədək.

Rafiq ODAY, Azərbaycan Jurnalisitlər Birliyi Sumqayıt şəhər təşkilatının sədr

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər