Millət vəkili icbari tibbi sığorta haqqında: çətinliyə hazır olmalıyıq

1255

Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyir ki, tibbi xidmətlərin keyfiyyət standartlarının hazırlanması ən vacib məsələlərdən biridir

“İcbari tibbi sığortanın tətbiqi hər bir şəxsin böyük səbirsizliklə, həvəslə gözlədiyi və hər bir Azərbaycan vətəndaşının həyatına bilavasitə təsir edə bilən vacib hadisələrdən biridir”.  Bunu Sputnik Azərbaycan-a müsahibəsində Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.
“Azərbaycanda icbari tibbi sığortanın tətbiqini çox yüksək qiymətləndirirəm. Bir səhiyyəçi kimi bunun ölkədə səhiyyənin inkişafına çox böyük töhfə verəcəyinə inanıram. 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığortaya keçid çox ciddi addım olacaq və icra strukturlarının üzərinə böyük məsuliyyət düşür. Hər bir ölkədə yeni modelin həyata keçirilməsi ilk başda çətinlik yaradır və biz də buna hazır olmalıyıq. İcbari tibbi sığortanın əsas subyektləri xəstəxanalar və tibb personalıdır. İlkin mərhələdə tibbi xidmətlərin keyfiyyət standartlarının hazırlanması və bunun tətbiqi ilə bağlı treninqlərin keçirilməsi ən vacib məsələlərdən biridir. Çünki bunlar olmadan mübahisələrin həllini tapması qeyri-mümkün olacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar bu məsələlərin həlli istiqamətində işlər aparır. Ümid edirəm ki, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi uğurlu olacaq və səhiyyə sistemi daha da inkişaf edəcək” – deyə o bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər