Millət vəkili Muxtar Babayev seçicilərlə görüşdü

955


Bugünlərdə 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən Azərbaycan Respub­likasının Milli Məclisinə deputat se­çilmiş Muxtar Babayevin 17-ci mikro­rayon ərazisində yaşayan seçicilərlə növbəti görüşü olmuşdur. Görüş, mikrora­yon sakinlərinin müraciətləri əsasında müasir tələblər səviyyəsində yenidən tikilərək istifadəyə verilmiş xeyir-şər evində keçirilmişdir.

Görüş zamanı millət vəkilinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi sahələrdə, o cümlədən təhsil, səhiyyə və idman sahələrində ölkə­­mizdə apardığı geniş miqyaslı işlər, Azərbaycanı dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirmək yolunda gərgin fəaliyyəti, onun diqqət və qay­ğı­sı sayəsində son illərdə Sumqayıtda aparılan abadlıq-bərpa tədbirləri barədə verdiyi geniş məlumat seçicilər tərəfindən maraqla dinlənilmişdir.

Seçicilərin çoxsaylı müraciətlərinə diqqətlə yanaşan millət vəkili görüş zama­nı verilən sualları cavablandırmış və qaldırılan problemlərin həlli ilə bağlı öz fikirlərini bildirmişdir.

Səmimilik şəraitində keçən görüşdə seçicilər Sumqayıta və sumqayıtlılara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdar­lıqlarını ifaqə etmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Samir Veliyev
    Noyabr 22, 2012 - 12:10

    Salam. Muxtar muellim diger millet vekillerinden ferqli olaraq mence daha cox isguzar insandir. Uqurlar

  • Metanet
    Noyabr 22, 2012 - 12:11

    Millet Vekilleri yalniz secki dovrunde gorunurler. Men hec bir suqmayitli deputati tanimiram.Bu saytdan tanimisam Muxtar Babayevi de.

  • Ramil
    Noyabr 22, 2012 - 12:13

    Yaxsi oalrdi ki Muxtar muellim milli meclisde de secicilerin problemlerini qabardardi. Ancaq men xeberlerden yene onun haqqinda melumatlar oxuyuram. Digerleri goresen harda istirahet edirler)

  • Polad Eliyev
    Noyabr 22, 2012 - 12:25

    Saytinizdan Muxtar Babayevin fealiyyeti ile az da olsa xeberdar oluruq. Gorunen odur ki, millet vekili kimi her hansi bir isler gormek isteyir. Uqurlar arzulayiriq, ne qeder cox gorusler kecirseler o qeder xalqin problemlerini gormus olarlar

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər