Millət vəkili Nizami İsgəndərov şəhər sakinlərinin suallarını cavablandırdı

1506

2005-ci ildə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Millət Vəkili seçilmiş Nizami İsgəndərov www.sumqayitxeber.com saytının qonağı oldu və qəzetimizin oxucularının suallarını cavablandırdı. Sual və cavabları tam olaraq diqqətinizə çatdırırıq:

30511_391525559074_528604074_4040555_1055184_nQonağımız haqqında:
1965-ci il noyabrın 6-da Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika və hüquq fakültələrini bitirmişdir. Rus dilini bilir.
1986-cı ildən «Azərcihazelektrik» İdarəsində mühəndis işləmişdir. 1989-cu ildən Binəqədi Rayon İcraiyyə Komitəsində İnzibati komissiyanın katibi, şöbə müfəttişi olmuşdur. 1992-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Bakı kimya əczaçılıq zavodunda şöbə rəisi, Sumqayıt şəhərində univermağın baş administratoru, 1998–2005-ci illərdə «Sumqayıt Ticarət Mərkəzi» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rumıniya, Azərbaycan-Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.

Xeyale Memmedova soruşur:

Salam. Tesekkur edirem ki, bize bele serait yaradirsiniz ki, biz de suallarimizi unvanlayiriq. Maraqlidir ki, Nizami muellim bu 5 il erzinde parlamentde hansi problemlerin muzakire olunmasina calisib? Sumqayitin hansi problemlerini parlament tribunasindan aidiyyati orqanlara catdirib?

-N.İ.

Salam, Xəyalə xanımın diqqətinə çatdırmaq istəyirəm ki, mən seçildiyim müddət ərzində bir neçə dəfə şəhərimizin problemlərini istər komitənin iclaslarında, istərsə də MM-in iclaslarında qaldırmışam. O cümlədən qaldırdığım məsələlər arasında xüsusən şəhərimizin ekalogiyası, bələdiyyəsi, səhiyyəsi və.s. sadalaya bilərəm.

Samir soruşur:

Nizami müəllimə belə bir sualım var ki, digər millət vəkillərindən fərqli xüsusiyyətləri hansılardır?

-N.İ.

Samir müəllim konkret hansısa deputatın adını çəkmiş olsaydı o zaman həmin həmkarımla öz armada olan fərqi xarakterizə etmək mənim üçün daha rahat olardı. Çünki, hal-hazırda parlamentdə 123 deputat var və onlarda hər birini ayrı-ayrılıqda müxtəlif fərqli xüsusiyyətlərə malikdir. Məhz bu baxımdan hesab edirəm ki, Samir müəllim konkret ad cəkmiş olsaydı suala dolğun cavab vermək daha asan olardı.

Vüsal soruşur:

Meni Nizami muellimin media ile, xususile Sumqayitin yerli mediasi ile temaslari maraqlandirir?

-N.İ.

Cox gözəl sualdır.

Vüsal müəllimin nəzərinə çatdırıram ki, mən deputat mandatı aldığım gündən daima mətbuat üçün açıq olmuşam. Düşünürəm ki, hər bir dövlət qulluqçusu istər millət vəkilli olsun, istərsə də digər qurumlarda çalışanlar olsun heç vaxt mətbuatdan qaçmamalıdır.  Çünki KİV cəmiyyətin aynasıdır. Hər bir seçici öz millət vəkilinin düşüncələri  və fəaliyyəti ilə tanış olmaq hüququna malikdir. Seçicinin bu hüququna qovuşması ya birbaşa təmas, ya da KİV vasitəsilə mümkün ola bilər. Bu baxımdan şəxsən mən heç bir zaman mətbuatdan uzaq olmamağa çalışmışam.

Eyni zamanda hesab edirəm ki, mətbuat özü deputatın və yaxudda hər hansı post tutmuş digər rəhbər şəxslərin marağında olmalıdır və onların fəaliyyəti haqda ictimayyəti maraqlandırmalıdır. O ki, qaldı yerli media ilə təmaslara mən cox təssüf hissi ile qeyd etmək istəyirəm ki, deputat olduğum müddət ərzində şəhərimizin KİV-dən heç biri mənimlə ünsiyyətə cəhd etməmişdir.  Görünür bu da onların acı da olsa deməliyyəm fəaliyyətlərinin zəif olmasından irəli gəlir.

Rena soruşur:

sumqayitxeber.com saytına təşəkkür edirəm ki, belə bir şərait yaratmısınız. Nizami müəllim 5 il ərzində biz sizi parlamentdə çıxış edən görmədik. Bu nə ilə əlaqədardır?

-N.İ. Görünür Rəna xanım mənim MM-də etdiyim çıxışlardan məlumatsızdır. Belə olmasaydı o bu suallı verməzdi. Rəna xanıma məsləhət görürəm ki, heç olmasa MM-in saytına girib stenoqramaları oxuyub mənim cıxışlarım tanış olsun.

Kamal soruşur:

Mənə maraqli olan odur ki,niyə suallar cavabsiz qalir.Mən Vqif müellimə bu suali vermişdim malesef cavabsiz qaldi. Niyə görə keçməkdə çətinlik çəkdiyimiz şərq bazarinda işiqfor yoxdur? Biz məcbur olub maşinlarin qurtarmasini gözləyirik ki, nə var,nə var iki yol keçməliyik.Nizami müellim eyer bu suali oxusaniz, sizdən xahişim budur ki, bu yola bir isiqfor qoydurardiniz.En azindan usaqlari fikirlesmek lazimdir.

-N.İ. Kamal müəllimə qaldırdığı problem üçün təşəkkür edirəm. Hörmətli Kamal müəlimə bildirmək istəyirəm ki, elə bu gündən sizin qaldırdığınız problemin öz həllini tapması üçün aidiyyatı qurumlara müraciət edəcək və müsbət həll olunması üçün calışacağam.

ELVIN QARAYEV soruşur:

Men sumgayit sakini olaraq her defe secki prosesini yaxindan izdeyirem.Her prasesde qanun pozuntulari ve adamlara olan tezyiqler meni narahat edir. Sizce bu defe biz azad ve edlatli seckilerin kecirilmesin gore bileceyikmi? Size seffaf secki arzu edirem !

-N.İ. Mən sizin fikirlərinizlə qətiyyən razılaşmıram ki, seçicilərə təyziqlər olunur. Umumiyyətlə mən təyziq termininin işlədiləsinin əlehinəyəm və belə bir fikiri qəbul etmirəm. Hesab edirəm ki, hər hansısa təbliğatçı istənilən bir seçiciyə öz namizədinin keyfiyətlərini izah edirsə və onu inandırmağa çalışırsa ki, bizim namizəd daha layiqlidir, buna təyziq demək olmaz. Çünki, bu təbliğat formasıdır və qanunvericilikdə də təsbit olunub. Digər bir yandan məntiqi baxımdan yanaşanda da təyziq məsələsi absurddur. Çünki, seçici səs verən zaman heç kim onunla bir kabinaya daxil olmur və ola da bilməz. Axı seçici kabinada öz vicdanı ilə üz –üzə qalır. Necə ola bilər ki, seçici özünün istədiyi namizədə deyil, sizin dediyiniz kimi “məcbur edilən namizədə” səs versin? Məncə məsələyə bu cür yanaşmaq düzgün deyil.

Anar soruşur:

salam,

Sumqayitin mehelle daxili yollarini abadlashdirmaq uchun bir ish goreceksinizmi.

-N.İ Anar müəllimə verdiyi suala görə minnətdarlığımı bildirirəm.  Çünki bu sual mənim üçün cox önəmlidir. Əvvəla bildirmək istəyirəm ki, son illər ərzində şəhərimizdə aparlan abadlıq və quruculuq işləri, həqiqətən də Sumqayıtın kosmetik görünüşünü tamamıilə müsbət yöndə dəyişmişdir. Təbbi ki, bu da sözün həqiqi mənasında özü-özlüyündə müsbət haldır. Lakin əfsuslar olsun ki, biz vətəndaş olaraq dövlətimiz tərəfindən həyata keçrilən bu cür işləri qoruyub saxlaya bilmirik. Əksinə, quqrulan və yaxudd da abadlaşdırılan işlərin tezliklə sıradan çıxmasına şərait yaradırıq. Belə ki, söhbət yol örtüyündən düşdüyü üçün bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm.  Mən deputat seçiləndən sonar məhəllələri səyyar gəzmək haqda qərar verdim. Və 10-cu mk/r ərazisində gəzərkən yeni yol örtüyünün sakinlər tərəfindən yararsız hala düşdüyünün şahidi oldum. Yəni insanlar həyətlərində Kilim yuyaraq suyunu təzə təmir olunmuş yola axıdırdılar. Hətta mən onlara öz iradımı bildirdikdən sonar onlar heç nə olmamış kimi bu iradımı cox soyuqqanliqla qarşıladılar. Yəni buna bənzər misallar cox sadalamaq olar. Bu baxımdan hesab edirəm ki, istər Şəhər İcra Hakimiyyətinin, istər Şəhər Bələdiyyəsinin, istərsə də hansısa fərdin şəhərimiz üçün etdiklərini qoruyub saxlamaq vətəndaş olaraq hər birimizin borcu olmalıdır.

Feyruz soruşur:

Nizami müəllim, bildiyiniz kimi ermənilər və onların Moskvadakı havadarları 27-28 fevral 1988-ci ildə Sumqayıtda böyük fitnəkarlıq törətdilər və “Sumqayıtda erməni genosidi baş verib” – deyə dünyaya car çəkdilər. Sumqayıt hadisələrini əlində bayraq edən menfur qonşular 1 milyondan çox soydaşımızın ata-baba yurdlarından didərgin salınmasına, Xocalı soyqırımına haqq qazandirir və dünya ictimaiyyətini bu gün də aldadırlar. Təşkilatımız (Potensial Sumqayıt Mütəxəssislər Birliyi)bu hadisələrin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq niyyəti ilə yığcam, məzmunlu bir kitab hazırlayıb. QHT-lərə Dövlət Dəstəyi şurasının dəstəyi ilə kitabı ingilis dilinə tərcümə etdirəcəyik. Bu kitabı fransız və alman dillərinə də tərcümə edib Avropada yaymağı nəzərdə tutmuşuq. Maliyyə dəstəyinə ehtiyacımız var. Kitabın alman və fransız dillərinə də tərcümə olunub yayılması üçün maliyyə vəsaitinin əldə olunmasına kömək edə bilərsinizmi?

-N.İ. Hörmətli Feyruz müəllimin nəzrinə çatdırmaq istəyirəm ki, belə bir təşəbbüsdə bulunmaq çox vacib və xeyirli işdir.  Və Sizin təşkilatın bu təşəbbüsünü alqışlayıram. Hətta deyərdim ki, ermənilərin dünyada ifşa olunması istiqamətində belə bir kitabın buraxılması üçün bir balaca gecikmişik. Lakin gec də olsa biz ermənilərin ifşa olunması üçün onların qarşısına cox tutarlı dəlillərlə çıxmalıyıq.  Çünki, düşmənimizin cox hiyləgər olduğunu unutmamalı, məhz bu səbəbdən əlimizdəki bütün kartlardan istifadə etməli və düşmənin əsil üzünü bütün dünyaya ictimayyətinə açıqlamalıyıq. Təbii ki, bu işdə hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməli və ermənilərin hansı xislətdə olduğu açıqlanmalıdır.

Feyruz müəllim, bir daha vurğulamaq istəyirəm ki, sizin bu təşəbbüsünüzü alqışlayıram. Və buraxılması nəzərdə tutulan kitabla şəxsən tanış olmaq istəyirəm. Əgər həqiqətəndə bu kitabın müəyyən faydası olacağını (inanıram ki, bu belədir-N.İ.) görərəmsə məsləhətləşib ortaq məxrəcə gələrik.

Ulviyye soruşur:

Salam Nizami müəllim! sumqayitxeber.coms saytına təşəkkürümü bildirirəm ki, sizi bizimlə görüşdürüb. Mən eşitdiyimə görə digər deputatlara nisbətdə şəhərdə xeyli xeyirxahlıq işləri görmüsünüz. Ancaq maraqlıdır ki, bu barədə mətbuatda heç bir məlumata rast gəlmək olmur. Yəni seçicilərlə görüşürsünüzsə də, bu haqda KİV-də məlumat olmur. Bu nə ilə əlaqədardır?

Ülviyyə xanımın diqqətinə çatdırıram ki, əgər görəcəyim işləri mətbuatda və yaxud da digər yerlərdə bəyan edəcəmsə burada xeyirxahlıqdan söhbət gedə bilməz. Məhz bu səbəbdən gördüyüm işlərin (söhbət xeyirxah işlərdən gedir-N.İ.) daima gizli qalmasının tərəfdarıyam.

Navai soruşur:

Salam Nizami bəy Axı gənclər tikintilərdə onun bunun bağında istirahət günü olmadan fasiləsiz nə zamana kimi qul kimi işləyəcəklər? Sizcə neft ölkəsinin xalqi belə səfalət içindəmi yaşamalıdır?
Azərbaycanda Şəhərimiz Sumqayıtdakı xalqın yaşayışı və dolanışığı sizi qane edirmi?
Xahiş edirəm bir Millət vəkili olaraq suallarıma ədalətlə cavab verin… Təşəkkür edirəm!

-N.İ Əvvəla bildirmək istəyirəm ki, Azərbaycanda insanların yaşayış səviyyəsi heç də sizinn dediyiniz kimi deyil. Mən düşünürəm ki, bu gün Azərbaycan dövləti öz yüksələn xəttilə inkişaf dövrünü yaşayır və bu vətəndaşlarımızın gündəlik həyatında özünü qabarıq şəkildə göstərir. Hesab edirəm ki, respublikada aparılan işlərə kölgə slmaq ən azı ədalətsizlikdir. Çünki, yeni-yeni müəssələrin fəaliyyətə başlaması, respublikamızın dilbər güşələrində turizm bazalarının açılması, avropa dəyərlərinə cavab verən yolların salınması, örta və kiçik sahibkarlar üçün dövlət tərəfindən subsudiyaların verilməsi və.s təbii ki, əhalinin sosial-rifah halının yaxşılaşmasına xidmət edir. Yəni bu sadaladığın bir neçə fakt eyni zamanda vətəndaşlarımızın işlə təmin olunması deməkdir.  Ən əsası isə bu işlərin hamısı biləvasitə cənab prezidentimizin nəzarəti altında həyata keçrilir. Əlbəttə bud a bir faktır ki, uğurlarımızla bərabər çatışmıyan hallarda mövcuddur. Bunlarda təbii ki, təkamül yolu ilə aradan qaldırılır. Digər bir tərəfdən son 2 ildə dünyanı cənginə alan maliyyə-iqtisadi böhranı da unutmamalıyıq. Azərbaycan dünya dövlətlərilə müqayisədə, böhrandan ən az itki ilə çıxan ölkədir. Təbbi ki, belə bir böhran zamanı bizim ölkəmizin cüzi zərərlə çıxması təsadüfü hadisə deyil. Belə bir nəticənin əldə olunması dövlətin düzgün siyasətindən doğan məsələdir. Biz düşünməməliyik ki, əgər neft varsa deməli hər şey bir gecənin içərisində dəyişməlidir və əhali süd gölündə üzməlidir. Əlbəttə belə bir düşüncə bu gün üçün kökündən yanlışdır. Çünki, neft bir müddətdən sonar tukənəcək, onda nə etməliyik?

Məhz ona görə də dövlətimizin əsas qayəsi qeyri-neft sektorunun inkişaf etdirilməsi və vətəndaşlarımızın işıqlı gələcəyinin təmin edilməsindən ibarətdir.  Bundan başqa bilirsiniz ki, Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ məsələsi var. Belə bir deyim var “sülh istəyirsənsə güclü ordun olmalıdır”. Yəqin məlumatınız var ki, Azərbaycanın Hərbi büdcəsi düşmənimiz olan Ermənistanın dövlət büdcəsinə bərabərdir. Belə bir sual çıxır meydana bəs bu pullar haradandır?

Nəvai müəllim sizə tam səmimi olaraq bildirirəm ki, bəzən biz özümüz işləmək istəmirik. Bir növ insanlarımızın içində tənbəllik var. Belə ki,  mənə öz  seçicilərimdən də işləmək üçün müraciət edənlər olun. Onların bəzilərilə söhbət etdikdə məlum olur ki, bu insanlar sözün həqiqi mənasında işləmək arzusunda deyillər. Yəni zahmət çəkmədən yüksək məvacib almaq və yaxud da müəyyən karyera qurmaq xülyasındadırlar. Nə yazıqlar olsun ki, bu cür insanlarımız da var. Ona görə də Nəvai müəllim sizə məsləhət bilirəm ki, heç bir zaman birmənalı olaraq fikir söyləməyə tələsməyin.

Fuad soruşur:

Salam sayt rəhbərliyi və Nizami müəllim. Bir deputatın belə bir təşəbbüsü təqdirəlayiq haldır.
Mənim sizdən xahişim Sumqayıtın təhsilinə diqqət ayırmağınızla bağlı olacaqdır. Sumqayıtda orta məktəblərdə və yeganə ali təhsil müəssisəsində vəziyyət günü-gündən pisləşməyə doğru gedir. Qonşuluqda birinin Sumqayıt Dövlət Universitetində oxumağı bəsdir ki, orda olan biabırçılıqlardan xəbərdar olasan. Universitet rektoru olan Nadir müəllimə tələbələrin verdiyi adı etik normalara uyğun olmadığına görə deməyəvəyəm, ancaq bu ad həqiqətən vəziyyəti əks etdirir. Nadir müəllim İslam dininin tələblərinə görə başını bağlayıb dərsə gələn tələbə qızları Universitetdən əsassız olaraq xaric edib.Bu barədə hətda onun qəbulunda da olmuşuq. Cavabı isə “Mən buranın yiyəsiyəm gedin kimə istəyirsiniz şikayət edin” şəklində oldu.Dini fanatik deyiləm,lakin bu münasibət həm rektorun həm də onu rektor təyin edən şəxsin nüfuzuna xələl gətirir.Universitet ərazisində hündürmərtəbəli binanın tikilməsi,şəxsi bahalı maşınları ilə universitetə gəlməsi nalayiq bir vəziyyətə gətirib çıxarmışdır.Təhsildə rüşvət halları isə çox acınacaqlı haldadır.Bir şəhər sakini kimi tələbim,Universitetimizə yerlibazlıqdan,rüşvətdən uzaq və işini bilən, tələbələri, təhsili sevən bir rektorun təyin olunmasıdır. Əvvəlcədən təşəkkür edirəm.

-N.İ. Fuad müəllim, Sumqayıt Dövlət Universitetinin rektoru ilə bağlı bildirdiyiniz fikirlərlə tam olaraq bölüşə bilmərəm. Çünki,  məndə sizin qaldırdığınız iddialarla bağlı dolğun məlumat yoxdur və o səbəbdən hesab edirəm ki, bu məsələnin araşdırılmasına böyük ehtiyac var. Digər bir tərəfdən düşünürəm ki, əgər hansısa təşkilatda və yaxud da elim ocağında barmaqla sayılası bir neçə nəfərin rəhbərlikdən narazı qalması bütövlükdə həmin müəssədə neqativ halların mövcud olması anlamına gəlməməlidir. Lakin yenə də bildirmək istəyirəm ki, əlinizdə əsaslı faktlar varsa buyurub mənə rəsmi formada müraciət edin və sizin də köməkliyinizlə öz səlahiyyətlərimdən istifadə edib sözügedən məsələni araşdırım.  O ki, qaldı orta məktəblər haqda dediyiniz fikirlərə, tam səmimi deyə bilərəm ki, mən dəfələrlə şəxsən deputatı olduğum ərazidə yerləşən məktəblərdə olmuşam lakin, siz deyən mənzərəni sezməmişəm.

Iman Agayev soruşur:

Nizami mellim bize dogma olan millet vekilini dogma saytda gorduyumuz ucun sayt rehberliyine be size tesekkurumu bildirirem. Mene maraqli olan hisse ise sizin novbeti seckilerde namizedliyivizin verilmesi haqqinda ve seherimizin daha da inkisafi ucun gelecekde hansi islerin gorulmesi haqqindadir.

-N.İ. İman müəllim men de sizə verdiyiniz suala görə minnətdaram. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, mənim yenidən deputatlığa namizədliyimi irəli sürüb-sürməyəcəyim siz seçicilərimdən asılıdır. Əgər mən seçildiyim müddət ərzində seçicilərimin etimadını döğrulda bilmişəmsə və onlarda təşəbbüs görsədib məni yenidən özlərinə deputat seçmək istəsələr təbbi ki, seçki marafonuna qatılacam. Yox, əgər seçicilərim fəaliyyətimdən narazı qalıblarsa və yenidən məni özlərinə deputat görmək istəmirlərsə, bu o deməkdir ki, namizəd olsam belə onlar mənə etimad gostərməyəcəklər. Belə olan təqdirdə təbii ki, namizdliyimi irəli sürməyəcəm.

Nebi soruşur:

Salam Nizami mellim parlamentde olduqunuz illerde hansi isler gormusunuz?

-N.İ Deputat seçildiyim gündən qərərgahım daima seçicilərimin ixtiyarında olub və daxil olan müraciətlər cavabsız qalmayı. Yəni səlahiyyətlərim çərçivəsində seçicilərimin hüquqlarını daima diqqət mərkəzində saxlamağa çalışmışam. Qısa olaraq hesab edirəm ki, seçicilərimin hüquqlarının qorunması istiqamətində göndərdiyim sörğular mənim deputat kimi gördüyüm işlərin bariz nümunəsidir.

Elnur soruşur:

Evvəla, bizlərə belə bir şans verdiyinizə görə Eyvaz muellime oz minnetdarligimizi bildiririk!
Sualimiz beledir, Nizami muellim, secildikden bu yana yeni bu 5 ilde sumqayitli genclerin meshgullugu ile bagli hansi ishleri gormusunuz ve hansi layiheler ireli surmusunuz?

-N.İ. Elnur müəllimə minnətdarlığımı bildirirəm ki, gənclərin qayğısı ilə maraqlanır. Məlumat üçün bildirirəm ki, deputat seçildiyim müddət ərzində həmişə gənclərlə bağlı məaslə mənim üçün prioritet olmuşdur. Hətta dəfələrlə şəhərimizin itedadlı gəncləri ilə də söhbətlərim zamanı bu məsələlər haqda geniş fikir mübadiləsi aparmışam. Bu diskusiyalar həm fərdi, həm də toplum olaraq aparılmışdır. Yəni gənclərimizin cəmiyyətdə tutduqları mövqe həmişə mənim maraq dairəmdədir. Və həmişə də imkanım daxilində çalışmışam ki, gənclərimiz (xüsusəndə Sumqayıt gəncləri) düzgün və saglam ruhda olsunlar. Çünki, bildiyimiz kimi dövlətimizin və millətimizin gələcəyi məhz gənclərin üzərindədir.

ki, qaldı sizin sualınıza, mən konkret olaraq gordüyüm işlərin reklam olunmasının tərəfdarı olmayan bir şəxsəm. Lakin, eyni zamanda sizin sualınızı ünvan göstərmədən cavablandırmaq məcburiyyətindəyəm. Beləki mən Sumqayıtda orta məktəb şagirdləri arasında istedadlı uşaqlar haqqında kitabın buraxılmasında, öz deputat seçildiyim ərazidən ali məktəbə yuksək balla qəbul olan (hər məktəbdən 3 nəfərə) gənclərə, istər təkmübarizlik, istərsə də coxmübarizlik idman novlərinin keçrilməsinə daima hərtərəfli dəstəyimi göstərmişəm. Bu siyahını uzatmaq da olar.   Son olaraq Elnur müəllimə bildirmək istəyirəm ki, əgər sizə gənclər üçün gördüyüm işlərlə bağlı ünvan lazım olarsa  buyurub mənim qərərgahımamüraciət edə bilərsiniz.

Aida xanim soruşur:

Salam Nizami müəllim! Sumqayıtda gənclərin işsizlik probleminin həlli istiqamətində hansı işləri görmüsünüz? Rəsmi strukturlar deyirlər ki, son illərdə Sumqayıtda 30 mindən çox yeni iş yeri açılmışdır. Qızım iki il əvvəl əla qiymətlə Beynəlxalq Kollecin mühasibatlıq və audit fakültəsini bitirib. İş üçün müraciət etmədiyim idarə və təşkilat qalmayıb. Mən tapa bilmirəm ki, o 30 min iş yeri harada açılıb. Əgər dairəmizdən seçilən bir millət vəkili kimi həmin iş yerləri barədə məlumatınız varsa, xahiş edirəm ki, qızımın işə düzəlməyinə kömək edəsiniz.

-N.İ. Aidə xanımın nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün dövlətimiz savadlı gənc kadrların işlə təmin olunması üçün münbit şərait yaratmışdır. Yəni hər bir savadına güvənən gənc imtahan vasitəsilə istədiyi sahədə işlə təmin oluna bilər. Məsləhət bilərdim ki, övladınız öz sənədlərini müxtəlif təşkilat və müəssələrə göndərsə yaxşı olar. Ancaq yenə də mən Sizinlə və övladınızla görüşüb müəyyən məsləhətlərimi verməyə hazıram.

Fuad soruşur:

Nizami müəllim, yeni seçkilər yaxınlaşır. Ümid edə bilərikmi, heç olmazsa, seçki ərəfəsində deputatların yadına düşərik? Ötən 5 il ərzində bir dəfə 11-ci mkr-n sakinləri ilə görüşləriniz olubmu? 11-ci mkr-n ərazisində uşaqların əylənməsi üçün heç bir şərait yoxdur. Nədənsə, bu ərazi nə İcra Hakimiyyətinin, nə də bələdiyyənin yadına düşmür. Deputatlarımızı isə yalnız seçki ərəfəsində görürük. Mikrorayon daxili yollarımız bərbad gündədir. 11-ci mkr-n, 2 saylı binanın ətrafında təmirdən sonra abadlaşma işi aparılmayıb. Yağış yağan kimi biz böyüklər bir təhər yol tapırıq, uşaqlar palçığa batıb bir yana çıxa bilmirlər. Nizami müəllim, olarmı bu dəfə seçkini gözləmədən bir deputat kimi 11-ci mkr-na gəlib seçicilərin problemləri ilə maraqlanasız!

-N.İ. Fuad müəllim diqqətinizə çatdırçaq istəyirəm ki, Mən deputat olduqdan sonar  dəfələrlə öz təşəbbüsümlə sizin mikrorayonda olmuşam. Yəni bu görüşlərim həm səyyar, həm də toplantı şəklində olmuşdur ki, bunlardadn da ikisini 7 və 33 saylı binaların qarşısında keçirdiyim görüşləri sizin nəzərinizə çatdırmaq istəyirəm.

Rufat soruşur:

Nizami muellim, 12-ci mkr-n erazisinde sakinlerin istiraheti, asude vaxtlarinin semereli kechirilmesi uchun hech bir sherait yoxdur. Bu mkr-nda kifayet qeder bosh erazi olsa da, abadlashdirib sakinlerin isifadesine vermek hech kimin yadina dushmur. Meselen 12 ci mkr-n da kichik bazarin arxasindan Okean binasina teref olan erazide xeyli bosh yer antisanitariya veziyyetindedir. Bu erazini abadlashdirilib sakinlerin isifadesine verilmesine komek eda bilarsinizmi?

-N.İ. Rüfət müəllim söz verirəm ki, bu məsələ ilə ciddi məşğul olacam və sizin narazıçılığınıza qısa müddət ərzində son qoyulacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Zdedalet3
    İyul 7, 2010 - 21:52

    Və beləliklə bu insanın sulları cavablandırmağından hansı nəticəyə gəldim: Sualların əksəriyyətinə kiminsə vasitəsi ilə cavab verilib və səmimiyyətdən heç əsər-əlamət belə yoxdur. Yəqin ki öz biznesi ilə məşğul olmaqdadır və bu həmişə belə olacaq. Belə insanlar heç zaman səmimi olmayıblar ve heç zaman olmayacaqlarda. Sualları cavablandiran zaman əsas bir məqsəd olub, hakimiyyəti mümkün qədər ÇOX təərifləmək, və sualları rəsmiyyət xətrinə ala-yarımçıq cavablandirmaq. Əyər fikir versəniz son suallara tələsik cavab verildiyindən nə qədər hərif səhvlərinə yol verilmişdir. Hətta onun əvəzinə bu işi görən adamda öz işini sona qədər düzgün edməyib, yada ki, yalnız sonuncu sualları özü cavablandırıbki, onlarda da çoxlu səhvlərə yol verib. XAHİŞ EDİRƏM ÖZ VİCDANINIZ QARŞISINDA ÖZÜNÜZDƏN SORUŞUN – CAAMATÇUN NƏ EDMİSİZ, ümüd edirəm bundan sonra heç olmasa özünüz özünüzə səmimi cavab verə biləcəksiz.
    QEYD: Yazışmada görüşüb kömək edəcəyinə söz verdiyi faktlardan xəbərim yoxdu – əyər belə olubsa bu yaxşı haldır (nəticəsindən aslı olmayaraq).

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər