Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirdi

468

Sumqayıt şəhər 43 saylı dairə üzrə Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti qəbulunu keçirib. Qəbul zamanı vətəndaşlar problemləri və təklifləri ilə bağlı deputata müraciət ediblər.

Millət vəkili vətəndaşların qaldırdığı problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyini bildirib. O, həmçinin bəzi məsələlərin aidiyyəti qurumlara çatdırılaraq həll olunması üçün çalışacağını qeyd edib.

Qəbul iştirakçıları göstərilən diqqət və dəstəyə görə millət vəkilinə təşəkkür ediblər. Bu cür görüşlərin vətəndaşların problemlərinin həllinə töhfə verəcəyi vurğulanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər