ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, millət vəkili Tahir Mirkişili və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Sumqayıtda fəaliyyət göstərən Peşə Məktəblərində olublar.
sumqayitxeber.com xəbər verir ki, qonaqlar əvvəlcə SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində və Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlamış Peşə Tədris Mərkəzində olublar.
Sonra Sumqayıt şəhərində fəaliyyət göstərən 10 nömrəli Sumqayıt Peşə liseyindəki şəraitlə tanış olublar.
Millət vəkilləri burada müxtəlif istiqamətlər üzrə təhsil alan şagird və müəllimlərlə, eləcə də yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.
Görüş zamanı ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev Peşə Məktəbinin “Azərikimya” İstehsalat Birliyi ilə sıx əlaqələrin yaradılmasında maraqlı olduqlarını vurğulayıb, burada təhsil alan tələbələrin “Azərikimya”da təcrübə keçmələrni təklif edib.
Millət vəkili Tahir Mirkişili də görüş zamanı Peşə Məktəbinin texnoloji avadanlıqlarının təkmilləşdirilməsi və yeni dərs metodikaları ilə təkliflərini qeyd edib.
Cəbrayıl Camallı, sumqayitxeber.com