MILLI KINOMUZUN DÜNƏNI VƏ BU GÜNÜ

1044

ASÜAAR005..-001XIX əsrin sonlarında əsası qoyulan Azərbaycan kinosu bugünümüzdə  əsrdə demək olar ki, durğunluq dövrünü yaşayır.

Hələ 1898-ci il avqustun 2-də Bakıda 25 ilə yaxın yaşamış fransız rejissoru Anton Mişon  çəkdiyi “Balaxanıda neft fantanı” filmi ilə ölkəmizdə  kino sənətinin əsasini qoydu.

 Goründüyü kimi bu sahədə  ilk addımı bir azərbaycanlı deyil, məhz əcnəbi rejissor atdı.

Aynur Baxşəliyeva          Daha sonralar o “Bibiheybət neft mədənində yanğın”,”Qafqaz rəqsi”,”Şəhər bağında xalq gəzintisi ” kimi kiçik süjetli filmlər istehsal etdi,Azərbaycanın ilk oyun xətti üzərində qurulmuş “İlişdin” filmini ekranlaşdırdı.

Ölkəmizdə kino sahəsinə maraq, eyni zamanda təlabat getdikcə artmağa başladı.Artıq yazıçıların müxtəlif əsərləri ekranlaşdırılmağa ,filmlər çəkilməyə başlandı.1915-ci ildə İbarhim Musabəyovun eyni adlı əsəri əsasında “Neft və milyonlar səltənətində”filminin çəkilişlərinə başlandı.bu səssiz əsərə rejissorluğu isə öz üzərinə Peterburqdan dəvət olunan Boris Svetlov götürdü.aşıq havada olan çəkilişlər Bakıda və ətraf kəndlərdə, pavilion səhnələri isə Tiflisdə Hüseyn Ərəblinski ekrana gətirdi. Bu film ilə ölkəmizdə milli kino sənətinin əsası qoyuldu.

Milli kino sənətinin yaranması Azərbaycanda həm yeni filmlərin çəkilişinə , həm də aktyor heyətinin formalaşmasına təkan verdi.Müxtəlif mövzularda – ailə-məişət,müharibət,məhəbbət, inqilab, xəyanət və s. movzularda filmlər çəkildi.müxtəlif illərdə ekranlaşdırılan “Arşın – mal alan”, “O olmasın ,bu olsun”,”Uzaq sahillərdə”, “Axırıncı aşarim”, “Arxadan zərbə” , “Ulduz” , “Ögey ana ”, “Ağ atlı oğlan” , “Bir qalanın sirri” , “Fəryad” və s.kimi kinokomediya və filmlər və bu filmləri şərəflə, ustalıqla oynayan aktyorlar – Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Eldəniz Zeynalov, Adil İsgəndərov, Ceyhun Mirzəyev, Siyavuş Aslan, Hacıbaba Bağırov və b. vasitəsilə Azərbaycan bir vaxtlar Şərq aləmində öz sözünü deyib.bundan illər öncə çəkilmələrinə baxmayaraq, bu filmlər indi də sevilir, maraqla izlənilir.bir sözlə, təqdirə layiqdirlər.

Lakin bu gün bu sözü demək yanlış olardı.televiziya kinolarını Azərbaycan filmlərindən əsər-əlamət yoxdur.Türkiyənin, Rusiya eləcə də Braziliyanın istehsal etdiyi filmlər, seriallar milli kanallarımıza hakim kəsiliblər, eləcədə biz vətəndaşların maraqğına.

Düşünmədən etmək olmur?!Yəni bizim dövlətin vəziyyəti maliyyə cəhətdən o qədərmi, zəifdir ki, kino sahəsinin inkişafına ayrıca diqqət yetirmir, pul ayırmır.

O qədər gözəl bacarıqlı aktyorlarımız-Yaşar Nuri, Afaq Bəşirqızı, Amaliya Pənahova, Səyavuş Aslan, Valeh Kərimov və.s və gənc nəslin yeni aktyorları var ki, onlar bu işin öhdəsindən o zamankılar kimi gəlməyə qadirdilər. Bəlkə də səbəb bu sahəyə olan biganəlikdir. Rejisorların başı yersiz mahnılara klip çəkməyə qarışıb. Hər hansı filmə mövzu ola biləcək o qədər maraqlı əsərlərimiz var ki, insan onları oxuduqca öz beynində ssenari formalaşdırır.

Ölkəmiz dünyada öz muğamı, idman və təbii sərvətləri – neft və qazı ilə məşhur olduğu kimi kinosu ilə də tanına bilməzmi?! Olmaz ki, bizim kimi Türkiyə türkləri, ruslar və başqa xalqlar bizi də filmlərimizlə tanısınlar.

Düşünən yoxdur ki, xalqın gözünün torunu silib atmağın vaxtı yetişib!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər