Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək
“Qafqazinfo” xəbər verir ki, yığmamız evdə Macarıstanı sınağa çəkəcək. Birinci turda Xorvatiyaya uduzan komandamız ilk xalını qazanmağa çalışacaq.
Macarıstan millisi üçün isə bu, qrupda 3-cü görüş olacaq. Macarlar qrupun ilk oyununda Slovakiyaya məğlub olub, ikinci turda isə Xorvatiyaya qalib gəlib.
Qeyd edək ki, bu gün E qrupunda millimizin matçı ilə yanaşı, Xorvatiya – Ules oyunu da keçiriləcək.
E qrupu
20:00. Azərbaycan – Macarıstan
Baş hakim: Kevin Blom (Hollandiya)
Bakı, “Bakcell Arena”