Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, “İnter”in yollarını ayırdığı 21 yaşlılardan ibarət yığmamızın qapıçısı “Sumqayıt”a keçib.
Sumqayıt təmsilçisi icarə müqaviləsi başa çataraq, “Bakı”ya qayıdan Andrey Popoviçin gedişindən sonra qapıçı axtarırdı. Bu mənada Ağayevin sərbəst olaraq, özünə yeni komanda axtarmağı “Sumqayıt”ın işinə yarayıb.
Qeyd edək ki, əsas yığmamızda 1 oyun keçirən Səlahət son mövsümdə “İnter”in heyətində də 1 matçda meydana çıxıb.