İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini icra edərək minaya düşən jurnalistlərin yaşadığı faciə hamımız sarsıtdı.
Ekspertlər bildirir ki, həmin ərazilərə minalar erməni diversantlar tərəfindən sonradan yerləşdirilib.
Elə bir neçə gün əvvəl Kəlbəcərdə erməni diversantlarının mina yerləşdirən zaman ordumuz tərəfindən qarşısının alınması da bunu sübut edir.
İndi Sirac da, Məhərrəmdə haqq dünyasındadırlar. Özlərindən sonra isə kameranın yaddaşına köcürdükləri erməni barbarlığının izləri, insanlığın üz qarası olan faşizmin eybəcər simasını sübut edən faktlar, həmcinin yaxınları və doğmalarına ,eləcə də bizəəmanət etdiyi yadigarları qaldı…
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezidentin tapşırığı iləvida mərasimində iştirak edib və Prezidentlə Birinci Xanımın başsağlığınıçatdırıb. Bilidirib ki, “Bu cinayətin məsuliyyətini Ermənistan bilavasitə daşıyır”.
Tərkibində Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya Məbuat Şuraları Assosiasiyası AZTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur: “ beynəlxalq ictimaiyyətə, media qurumlarına müraciət edir və bildiririk ki, 21-ci əsrdə bütövlükdə insanlığa qarşı yönəlmiş belə hərəkətlərin aradan qalxmasıüçün ciddi həmrəylik nümayişinə ehtiyac var. M.İbrahimovun, S.Abışovun, eləcə də mina partlayışından həlak olmuş digər azərbaycanlıların faciəli aqibəti hər kəsə siqnal olmalıdır. Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, Ermənistana mövcud istiqamətdə təzyiqin göstərilməsi şərtdir. Bizim üçün əsas olan xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin təhlükəsizliyidir. Çox arzu edərdik ki, bu təhlükəni yaradan problemə həssas yanaşılsın, onun aradan qaldırılmasındakı bütün üsul və vasitələrdən istifadə edilsin”.
Bəli, şəhidlik ən müqəddəs zirvədir. Bu ali məqama ucalan Vətənimin fədakar oğulları, bilin ki, dövlətimiz və xalqımız bütün Şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq və anacaq. Müharibəbitdikdən sonra belə can almaqda davam edən düşmən öz layiqli cəzasına mütləqçatacaqdır. Sizin zəhmətiniz və fədakarlığınızla əldə edilən faktlar isə təkzibedilməz dəlil və sübut qismində insanlıq əlehinə cinayətlər törətmiş canilərə qarşıittiham aktında yer alacaqdır.
Uğrunda canınızı fəda etdiyiniz doğma Vətən torpağının qoynunda nur içində, rahat yatın!
İlhamə Məhəmmədqızı, AJB-nin üzvü