Sumqayıtlı partiya sədrinin 28 yaşlı qızının ürəyi dayanıb
Ötən gecə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib.
M. Fəttayeva 4 il öncə ailə həyatı qurub, 3 yaşlı Məhəmmədəmin adlı bir oğlu var.
M. Fəttayevanın dəfn mərasimi bu gün saat 12-də Saray qəsəbəsində keçiriləcək.
Qeyd edək ki, M. Mirəlioğlunun bundan əvvəl gənc və yeniyetmə yaşında iki oğlu da dünyasını dəyişib. Onun oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib.
Allah Rehmet Elesin!!!
Allah rəhmət eləsin. Yaxınlarına da səbr versin. İnna ileyhi və inna raciun