Misir Mərdanov Sumqayıtda müəllimlərlə görüşəcək – AÇIQ QAPI

965

Misir Mərdanovun Sumqayıta səfərinin tarixi açıqlandı

Təhsil və nəqliyyat nazirləri ölkə prezidentinin tapşırığı ilə bölgələrə edəcəkləri səfərlərin vaxtını açıqlayıb.

Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, ilk görüşü aprelin 20-də Sumqayıt şəhərində keçiriləcək. Onun sözlərinə görə, orada şimal bölgəsinin təhsil işçiləri ilə görüş təşkil olunacaq: “Təhsil işçilərinin arzu-istəkləri, şikayətləri dinləniləcək və problem həll ediləcək. Əminəm ki, bu addım öz müsbət nəticəsini verəcək”

Nəqliyyat naziri Ziya Məmmədov isə bildirib ki, ilk görüşü aprelin 12-də Qubada keçiriləcək. Nazir deyib ki, digər şimal bölgələrinin sakinləri də qəbula gələ bilərlər: “Bəzi hallarda vətəndaşlar birbaşa mərkəzə gələ və müraciətlərini edə bilmirlər. Ona görə də yerlərdə belə görüşlərin keçirilməsi həm vətəndaşların, həm də məmurların ürəyincədir. Bu görüşlərdə problemlər dinləniləcək, obyektiv və subyektiv səbəblər müəyyənləşəndən sonra lazımi tədbirlər görüləcək”.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Mustafa Eraslan
    Aprel 8, 2013 - 10:09

    Təhsil naziri Misir Mərdanov Sumqayita qəlməsə yaxşi olar ,kedib hansisa qəndə deya bilər Təhsil işçilərinin arzu-istəkləri, şikayətləri dinləniləcək və problem həll ediləcək.
    marağlidi 65 yaşi tamam olmadi

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər