Ötən gün Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevlə birgə 44 saylı Uşaq bağçası, 1 saylı Uşaq Gənclər İdman Məktəbi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində olub.
Nazir yenicə təmirdən çıxmış bağçada, eyni zamanda hazırda yenidənqurma işləri aparılan 1 saylı Uşaq Gənclər İdman Məktəbi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində görülən işlərlə yaxından tanış olub.
Xatırladaq ki, hazırda Sumqayıt şəhərinin bir sıra sosial obyektlərində müasir üslubda əsaslı təmir və yenidənqurma işləri aparılır.