Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.
Qeyd edək ki, sabah Misir Mərdanov Sumqayıtda vətəndaşları qəbul etməli idi