Mobil telefonlar sonsuzluq yaradırmış

737

“Qadın və kişilərdə sonsuzluq məsələsi son 15 ildə artıb”

Qadın və kişilərdə sonsuzluq məsələsi son 15 ildə artıb”. Bunu  açıqlamasında androloq-seksopatoloq Həsən Səmədov deyib. Onun sözlərinə görə, artımın əsas səbəbləri ətraf mühitin çirklənməsi və digər ekoloji faktorlar, habelə qidalanmadır.

“Bundan başqa zərərli faktorlar var. İndi Azərbaycan əhalisinin çoxu Bakıda yerləşib. Bir neçə il bundan əvvəl Bakı şəhərində bu qədər insan yox idi. Şəhərdə maşınların, texnikanın, elektronikanın artması kişilərdə və qadınlarda cinsi problemlər əmələ gətirir. Əsasən kişilərdə xayaların fəaliyyəti zəifləyir, spermanın keyfiyyəti aşağı düşür, sonsuzluq əmələ gəlir. Müəyyən iş rejimi və iş saatında da problemlər yaranır. Bu insanda artıq psixoloji durumuna təsir edir. Nəticədə psixoloji, psixogen sonsuzluq deyilən hallar doğur”.

H. Səmədovun sözlərinə görə, qidalanma faktoru da çox vacibdir. Mənşəyi bilinməyən, arqonik olan qidalar qidalanma tərzinə mənfi təsir göstərir.
“Vitamin və maddələr mübadiləsinin pozulur, piylənmə baş verir. İndiki gənclər 8-9 sinifdən spirtli içkilər qəbul edir və siqaret çəkirlər. Hətta indi qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Aralarında alkoqol qəbul edənlərdə var. Bütün dünyada 8-ci sinfə qədər olan uşaqlarda mobil telefon işlətməyə icazə verilmir. Çünki bu sübut olunmuş haldır ki, elektromaqnit dalğaları həm beyinə, həmdə cinsi orqanlara mənfi təsir göstərir. Oğlanlar telefonu şalvarın ön cibinə qoyurlar, qızlar isə arxa cibə qoyurlar. Hər ikisi kiçik çanaq orqanlarına yaxındır, qadınlarda və kişilərdə diskfunsiya yaradır. Sözsüz ki, hamısında yarada bilməz. 100 nəfərdən iksində yaradırsa, bu kifayət qədər böyük rəqəmdir”.

Həkim-seksopatoloq bildirir ki, ona müraciət edənlər arasında Bakı sakinləri üstünlük təşkil edir.

“Çünki burada xəstələrin gəlib-getməsi, müraciət etməsi, daha asan olur. Faiz nisbəti ilə götürsək rayon əhalisində məlumatsızlıq çox olduğu üçün, maariflənmə az olduğuna görə, bu hallar daha çoxdur və daha gizlindir”.

modern.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər