Mobil telefonlar xərçəng yaradır? - ARAŞDIRMA

1429

Amerikalı alimlər mobil telefonun radiotezlik şüalarının insan sağlamlığına təsirini araşdırıblar. Onların məqsədi bu növ qurğulardan olan şüalanmanın vaxt ötdükcə beyin xərçəngi yaratması ilə bağlı çoxsaylı nəzəriyyələri təkzib, yaxud sübut etmək olub.

Mobil telefonlarda olan şüalanma rentgen zamanı yaranan ionlaşan şüalanma ilə müqayisədə daha təhlükəsizdir. İonlaşan şüalanma dezoksiribinuklein turşusunun zədələnməsinə səbəb ola bilər ki, bu da nəticədə insanda xərçəng xəstəliyi yaradır. Alimlər sübut ediblər ki, mobil telefonlardan çıxan radiotezlik şüalanma tamamilə başqa cür təsir göstərir.

Amerika Onkologiya Cəmiyyətinin əsas tibbi əməkdaşı Otis Brauli bildirib ki, mobil telefondan istifadə zamanı insanda xərçəng xəstəliyinin yaranması ilə bağlı sübut yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər