MQF Sumqayıtda seminar keçirib

1035

Azərbaycan Milli QHT Forumu “Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində seminar keçirib. MHF-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev iştirakçılara tədbirin mahiyyəti haqqında məlumat verib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilən bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların hüquqlarını təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, həmçinin müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaq. Layihə çərçivəsində görülən işlər Bakı şəhəri və 11 rayonu, Abşeron, Sumqayıt və Mingəçevir şəhəri üzrə həyata keçiriləcək. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev bu sahədə dövlət siyasətinin istiqamətləri və prioritetləri haqqında qısa məlumat verib və vətəndaş cəmiyyəti institutları, QHT-lərin fəaliyyətini dəstəklədiklərini nəzərə çatdırıb. Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayət və təklifləri də dinlənilib. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Milli QHT Forumu tərəfindən il ərzində həyata keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər