MTN Sumqayıtda əməliyyat keçirdi

821
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə-pul sisteminə ciddi təhlükə yaradan saxta ödəniş vasitələrinin qeyri-qanuni tədavülə buraxılmasının qarşısı alınıb.

Azərbaycan Respublikasının vətəndaşı Ağasənov Çingiz Müseyib oğlu cinayət başında yaxalanıb.

Bu barədə APA-ya MTN-in İctimai əlaqələr mərkəzindən daxil olan  məlumatda bildirilir.

Müəyyən edilib ki, Çingiz Ağasənov və qeyriləri satış məqsədi ilə Türkiyə Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı satış məqsədi ilə Azərbaycan Respublikasına gətiriblər. Çingiz Ağasənovun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinə keçirilmiş baxış nəticəsində 137 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. Ağasənov Çingiz Müseyib oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər