Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 25-də Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək.
Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qəbul Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.