Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onun ermənilərin hədəf dairəsinə düşməsi barədə məlumatlara münasibət bildirib.
Azvision.az -ın verdiyi xəbərə görə, nazir bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub:
“Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də ki, bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir. Bunlardan az yazmaq lazımdır”.