Müdafiə Nazirliyi orduda baş verən ölüm faktlarına münasibət bildirdi

789

“Bir neçə gün əvvəl bir əsgərimiz xəstəlikdən dünyasını dəyişdi. Daha bir əsgərimiz isə intihar edib. Əsgərin intihar etməsi faktı ilə bağlı ciddi iş aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı xüsusi tapşırıq verib. Respublika Hərbi Prokurorluğu tərəfindən artıq cinayət işi başlanıb. Yəqin ki yaxın günlərdə intiharın səbəbi məlum olacaq. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu jurnalistlərə son günlər əsgərlər arasında baş verən ölüm faktlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunda iki ölüm hadisəsi qeydə alınıb. Bir ay əvvəl hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev xəstəlikdən dünyasını dəyişib. Ordumuzun digər əsgəri Zeynal Zeynalov isə tabeliyində olan avtomat silahdan atəş açaraq özünü öldürüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər