Sumqayıtlı şair İbrahim İlyaslı bu gün şəxsi facebook səhifəsində müəllimlər günü ilə bağlı öz şerini paylaşıb.
Şair yazır: “Bu gün Azərbaycanda Müəllimlər Günüdür. Müəllim ailəsində dünyaya göz açıb, halal müəllim çırəyi ilə böyüdüyümdən qürur duyur və atam Musa müəllim başda olmaqla bütün müəllimlərimə sonsuz sevgilərimi çatdırır, onlara möhkəm cansağğlığı və könül xoşluğu arzulayır, haqq dünyasına qovuşanlara Allahdan rəhmət diləyirəm! ”
Müəllim
Əbədi nur kimi yaşar cahanda,
Qəlbinin oduyla isinər həyat.
Ürəklə çəki
lər adı hər yanda,
Müəllim dinərsə – susar kainat.Zəkasıyla yarar qaranlıqları,
Aydın sabahlara ötürər bizi.
Qoparıb bəşərin adiliyindən,
Sirli bir aləmə yetirər bizi.
Müəllim dinərsə – susar kainat.Zəkasıyla yarar qaranlıqları,
Aydın sabahlara ötürər bizi.
Qoparıb bəşərin adiliyindən,
Sirli bir aləmə yetirər bizi.
Sevgilər süslənər doğma səsində,
Hər duyan ürəkdə taxtı-tacı var.
Dünyanın ən böyük dahisinin də
Müəllim sözünə ehtiyacı var!
İbrahim İLYASLI