Müəllimlər həyəcan içindədir: 2 günün pulu maaşdan çıxılacaq? – RƏSMİ CAVAB

1764

tən həftə hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar təhsil naziri Ceyhun Bayramovun əmrilə yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırıldı və bütün tədbirlər təxirə salındı.

BAKU.WS-ə daxil olan məlumata görə, həmin günlərin pulu müəllimlərin əmək haqqından çıxarılacaq.

Artıq məsələ ilə bağlı bəzi təhsil ocaqlarında çalışan müəllimlər qeyri-rəsmi olaraq məlumatlandırılıb.

Maaşlarını az alacağından narahat olan təhsil işçiləri narazılıqlarını kimə müraciət edəcəklərini bilmirlər.

Təhsil Nazirliyindən verilən açıqlamada, yayılan söz-söhbətin əsassız olduğu bildirildi:

“Mövcud əmək qanunvericiliyinə uyğun olaraq 17-18 yanvar tarixləri üzrə işçilərin əməkhaqqı ödəniləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər