Müğənni Ədalət Şükürovun toy fotosu

1890

Bu günlərdə sosial şəbəkələrdə  tanınmış sumqayıtlı müğənni Ədalət Şükürovun toy fotosu yayılıb.  Maraqlı olacağını nəzərə alaraq həmin fotonu təqdim edirik.

 

Xatırladaq ki, Ədalət Şükürov 22 Aprel 1966-cı ildə, at ilində Sumqayıt şəhərində anadan olub. Buğa bürcündəndir.

Orta məktəbi bitirdikdən sonra o, hərbi xidmətə yollanır. 3 il “Novaya Zemlya” adasında, sualtı qayıqda hərbi xidmət edən Ədalət, qayıtdıqdan sonra 1987-ci ildə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət institununun “kütləvi tədbirlər rejissoru” fakultəsinə daxil olur.

Ali təhsil aldıqdan sonra Ə.Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən “Adamovo yabloko” verilişində rejissor işləyir. Bir müddət sonra o, Luqaşəhərinin baş rejissoru işləyir və kütləvi tədbirlər keçirməyə başlayır. Sonra isə mahnı bəstələməyə, və şerlər yazmağa başlayır. Daha sonra musiqi və mətnləri aranjiman edərək, ifa edir.

İlk oxuduğu mahnı “Nişan üzüyü” olub. İlk dəfə AzTV1-də çıxışını da məhz həmin mahnı ilə edib. Səyahətə çıxmağı xoşlayan Ədalət dünyanın 50-yə yaxın ölkəsində olub. “Salsa Viva” rəqs məktəbini bitirib. Dizaynerliklə də məşğul olan Ə.Şükürov, arabir rəssamlıq da edir.

İngilisİspanRus və Azərbaycan dillərində təmiz danışır. Ən sevdiyi heyvan delfin dir. Hobbisi qurudulmuş kəpənək kolleksiyası yığmaqdır.

Evlidir. İki uşaq atasıdır – qızı Jalə və oğlu Emil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahruz
    Fevral 3, 2013 - 22:17

    Adalet Shukurovun ilk fanati men olmusham. Adalet Shukurov 2001-ci ilde Sankt-Peterburgdan Azerbaycana gelende onunla ilk men gorushnushem perestishkar kimi.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər