Tokio-2020 oyunlarında yüksək nəticələr göstərən Sumqayıtlı paralimpiyaçılar müxtəlif dərəcəli ordenlərlə mükafatlandırılıblar.
Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları qeyd olunan idmançılar təltif olunublar:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
- İlham Zəkiyev (cüdo-bürünc medal)
- Şəhanə Hacıyeva (cüdo-qızıl medal)
- Vüqar Şirinli (cüdo- qızıl medal)
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
- Namiq Abaslı (cüdo-bürünc medal)
- Səid Nəcəfzadə (yüngül atletika-bürünc medal)
Tərəqqi medalı ilə
- İbrahimov İbrahim Eldar oğlu ( Cüdo üzrə paralimpiya komandasının baş məşqçisi)
- Zahidov Azad Zakir oğlu ( Cüdo üzrə paralimpiya komandasının məşqçisi)
- Atakişiyev Fərid İbili ( cüdo üzrə məşqçi -müəllim)
İdmançılar və onların məşqçiləri üçün :
- birinci yeri tutan idmançıya 200.000, məşqçisinə 100.000 manat;
- ikinci yeri tutan idmançıya 100.000, məşqçisinə 50.000 manat;
- üçüncü yeri tutan idmançıya 50.000, məşqçisinə isə 25.000 manat məbləğində mükafatlar ayrılıb.