“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsəd ilə təbliğat-təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində – Əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası problemlərinin mediada işıqlandırılması mövzusunda “ən yaxşı məqalə” yazı müsabiqəsini elan edir.
Yazı müsabiqəsinə təqdim olunacaq yazılar 03.10.2012 – 15.11.2012-ci il tarixlərində yazılı və elektron KİV-də nəşr olunmalıdır. Məqalələr nüfuzlu ekspertlər tərəfindən noyabrın 25-dək qiymətləndiriləcək.
Məqalənin sonunda yazının “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsəd ilə təbliğat-təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində elan olunmuş yazı müsabiqəsinə təqdim olunduğu qeyd edilməlidir.
Mövzunu hərtərəfli, obyektiv araşdırmış, dolğun, məzmunlu məqalə müəllifləri mükafatlandırılacaq.
Mükafat Fondu:
I Yer – 300 AZN
II Yer – 200 AZN
III Yer – 100 AZN.
Məqalə mətbuat orqanında dərc olunubsa, həmin məqalənin dərc olunduğu qəzetin nüsxəsi Birliyə təqdim olunmalı, İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı, eləcə də, mətbuatda çap olunan məqalələrin elektron variantları bu ünvana göndərilməlidir: vmib.qht@gmail.com və ya vmib-qht@mail.ru