Sumqayitxeber.com” saytı və Sumqayıt şəhər “Sülh” küçəsi, 9/11-də (Mərkəzi Bazarın yaxınlığında, Accessbank-ın sağında) yerləşən “HƏDİYYƏLƏR” mağazasının təşkilatçılığı ilə başlanan Foto-müsabiqə sona çatdı. 1 aya qədər davam edən müsabiqə üçün 50-dən artıq foto göndərilib.
“Sumqayıtda çəkilmiş ən maraqlı foto” adlı müsabiqəyə təqdim olunan fotolar peşəkar fotoqraflardan və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərin adı həftəsonu açıqlanacaq.