Növbəti dayanacaq Sirkeçilər…
Küləkli hava hardasa Bakıyada oxşatmaq olar. Ama təsüratları eyniləşdirmək olmaz.
Damları qırmızı qirəmitdən olan şəhərdir bu. Tarixi və keçmişi fərqlidir buraların. Müsəlmanlaşmış Xiristian Xiristianlaşmış Büdpərəst şəhər. İndiyə qədər keçmişini danışan abidələrdə bunarın hamısını görmək olar.
Osmanlılar buraları işğal edəndə şəhərində adını dəyişmədilər sadəcə öznünkiləşdirdilər necəki, Bizanslıların digər şəhərləri kimi (Trabzon, Bursa və sairə) şəhərin adını elə Konstantinopol adında açıq görmək olar. Ancaq indilərdə tarixçılər bu adı başqa bir adlarla əlaqələndiirlər. Nəisə bu tarixçilərin işidir…
Sirkəçilər Tramvayın bu dayanacğında keçmişə arxaya baxmırsan ancaq səni gözləyən sahil və yeni bir dünya boğazın o biri tərəfi…yeqin ki hamı bura gələndə obiri tərəfə keçmək istəyir Taksim meydanına. Təlatümlü gecə var bu gün taksimdə. Burda geclər ümumiyytələ belədir. Bizim üçün bu təalatüm adi deyil elə burda olanlar üçündə çünki burdakıların çoxu buralı deyillər. Burda avropanın asiyanın afrikanın adamlarını görmək adi bir haldır.
İnsan probkasına hər addımda rast gəlmək olar. İçim yanır siqaret istəyirəm. Kşkə yaxınlaşıram “abi mənə nazik kent ver” satıcı cavan oqlan üzümə baxır. Hiss edirəm ki, nəyisə düz deməmişəm dilimiz nəqədər yaxın olsada bir o qədər uzaqdır. Cavabında satıcı “abi nazik kız olur ya”. Bu cavabdan özümdə gülürəm. Nəisə güc bəlaynan başa salıb alıram.
Yoxuşnan qalxan yol adamın nəfəsini kəsir yaxşı arıqlamaq olar. Meydana gedən yolun düz ortasında Türkiyə Komunist Partiyasının bayrağı birinci inanmadım sonra gördümki yox elə belədir qərargahları burda yerləşir. Yekə bayraqda vurublar qarşısına. Zamanəyə bax eee deyib fikirləşirəm. Vaxt var idi bu bayrağı evində gizlədənlər asardılar qaldı küçədən asmaq. Hə indi türklərin solçularıda millətçilərin eyni aqibətini yaşayır. Hə Kənan Evren Kənan Evrən meydanı boş qoydu.
Meydana gedən uzun yol küçənin qıraqlarında mağazalar, reklamlar, mitinqə çağırış şüarları, küçənin düz ortasından siqanallaya siqnalaya gedən tramvay tramvaydan asılan adamlar və sairə nələr nələr. Saat 9-da açılmasını gözlədiyimiz diskoteka və klublar cür bə cür yeməylərin iyləri gurultulu səs kiməsə çiyin vurmadan keçə bilmədiyin küçə…Taksim gedən küçə…
Axırıki buda meydan…
Meydanda kürdlər, türklər öz rəqslərini oynayır polislər qıraqda bu səhnəyə tamaşa edirlər. Metronun qırağında amerika hinduları keçmişləri kimi kədərli musiqi ifa edirlər.
Buranın nəqliyat sistemi yaxşı qurulub metrobus, funiklyor, metro, train, avtobus, tramvay itmək olamaz nədə azmaq nədə probkaya düşmək əgər taksiynən getmirsənə.
Növbəti dayanacaq Laleli Universite
Dayanacaqda düşən kimi havadan gələn pulun iyini hiss etməyə bilmərsən. Millət hər şey alıb satır. Ümumiyyətlə İstanbulun bu yerində hər şey alınıb satılır elə hər kimdə. İstanbulun ən kriminal yeri sayılan Qumqapıda burdadır. Bütüm Keçmiş SSRİ burdadır elə keçmiş Osmanlıda….keçmiş Osmanlıda yaşayan millələri və keçmiş SSRİ-dəyaşayan millətləri nəzərdə tuturam.
Burda tez tez eşitmək olar filan yerdən olan turisti 100 dollarlıq döydük cibindən 3 dollar çıxdı. Varlanmaq həvəsiynən bura gələnlərin bəlkədə yarısı arzularına çatır. Burda bunun üçün 1 təkcə ağıl lazımdır başqa heçnə heç ilkin capital üçün puld alazım deyil.
İnsanların burda pul qazanması üçün hər cür şərait yaradılıb.
Çox qarışıqdır buraların küçələri. Buranın küçələrində yaşadığın yeri tapırsansa sənə ölüm yoxdur. Dar qarışıq keçılər küçələrin ustundə “sokakların” adı belə yoxdur. Burda yaşayanlara və itməyənlərə halaldır.
Növbəti dayanacaq Sultanahmət
Laleliynən Sultanahmet dayanacağının arasında cəmi 200 metrlik yolu olan dayancaq var. Ama hər iki dayancaqda düşəndə abu havanın fərqliliyini hiss edirsən birndə turistlər daha çox istirahət etmək istəyən digərində daha çox pul qazanmaq istəyən…
Burda hər şey toqquşur şərq-qərb, şimal – cənub, insanlar, mədəniyyətlər. Burda hər şey əksliklərdir lap elə ayasofya və sultanahmet kimi.
Bu əhatədəd yaxşı restoranlar var canlı türkilər filan adam içməmiş keflenir bu havada.
Tursitlərə qoşulmuşam harasa gedirlər. balaca bir karavansara kimi yer girdilər. İçəridə çox qəribə musiqi səsi gəlir. Səsə adamı aparır dalınca. İçəri giririəm bu nədir? Heyranlığımı saxlaya bilmirəm. üstündə Yerbatan yazılıb. Hə bura Sarınçıdır. İki min ildən artıq yaşı var. nəinki müəlmanlıq heç xiristinalıqda yox idi bu tikiləndə. Yeraltı dünya, sanki yağış yağır yerin altında. Hündür hündür sütünlar, yerdən az səviyyədə qalxan su içəridə turis əlindən tərpənmək olmur.
Yerbatanda əksər sütünlar insane başından yaradılmış heykəllərə söykənir. Hmmm bəli bəli hətta onlar bilirmişlər dünyanı saxlaya biləcək yeganə qüvvə ağıllı başlardır.
Növbəti dayanacaq karaköy
Axşamdı. Taksi maşını gəmiyə tərəf sürmədi dedi ora girmək plludur. Düşdüm sahilə gəldim.Ayda boğaza baxırsan elə bil məscidlər Osmanlı sultanlarıdır. Ayaqlarını bardaş qurub oturub gələn gedənlərə baxırlar.
Qonaqlıq idi. Deyəsən qarışdırmışdım. Qarşıda bir qız və oqlan oturmuşdur. Qaqaş musiqiçiləri çağıtdırıb bəlalım mahnısını qıza elə oxuduki…bu romantika idi bu təbii romantika idi.
Səhər yuxudan duranda başa düşdümki, axşam evə gələ bilmişəm.
Ayaz müəllim,Moskvadan sizə atəşli salamlar,sizi də burada görməyimə çox sevindim, Allah əlinizə qüvvət versin,qələminizin mürəkkəbi qurtarmasın,P.S əminəmki türk abilər sizə siqara sarıdan korluq verməzlər))) ! Hörmətlə : 1 saylı orta məktəbin 2006cı ildəki məzunu Əliş Məmmədov