Müşfiq Məmmədli: ” Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi baxımdan əhəmiyyətə malikdir”

637

“44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda tamamilə fərqli bir reallıq meydana gətirib. Şanlı qələbə nəticəsində yaratdığımız yeni reallıqlar ölkəmizin bütün sahələrdə inkişafı üçün yeni baxışlar və çağırışlar yaradıb. Bu gün ölkəmizin inkişaf strategiyası məhz bu çağırışlara uyğun həyata keçirilir”.

Bu fikirləri millət vəkili Müşfiq Məmmədli səsləndirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin  “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərman bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Fərmana əsasən, ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir. Yeni təsnifat Azərbaycanın qələbəsindən sonra yaranan yeni reallıqlara uyğun aparılır.

Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Bu həm də psixoloji baxımdan uğurlu bir addımdır. Şərqi Zəngəzurun mövcudluğu, Qərbi Zəngəzurun da mövcudluğu deməkdir.
Bu addım revanşist qüvvələr üçün də bir mesajdır. Göründüyü kimi, fərman bütün müsbət iqtisadi cəhətləri ilə birlikdə Ermənistan cəmiyyətindəki mövcud revanşist qüvvələrə ciddi bir zərbədir”.

Millət vəkili Müşfiq Məmmədli bildirib ki, Şərqi Zəngəzur iqtisadi rayonunu əhatə edən ərazilər ölkəmizin sosial-iqtisadi və siyasi həyatında müstəsna yer tutur: “Şərqi Zəngəzur iqtisadi rayonu işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir. Bu rayonların hər biri coğrafi mövqeyi və təbii ehtiyatları baxımından xüsusi əhəmiyyət kəsb edir. Şərqi Zəngəzur həm də aqrar sahədə böyük potensiala malikdir. Hazırda Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə olunduğu ərazilərdə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Ərazilərin bərpası, məskunlaşma və bölgənin ölkə iqtisadiyyatına inteqrasiyası nəticə etibarı ilə iqtisadiyyatın daha da böyüməsinə təkan verəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər