Müşfiq Məmmədli: “Şuşa Bəyannaməsi bütövlükdə region üçün daha yaxşı bir gələcək vəd edir”

889

“Ötən ay Azərbaycan ilə rkiyə arasında ikitəfli nasibətlərin inkişafında keyfiyyətcə yeni bir rhənin smiləşdirilməsi üçün strateji təşəbbüs yata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci ildə Şuşada imzaladığı bəyannamə, habelə Türkiyə Respublikasının Şuşada Baş Konsulluq açması bütövlükdə bölgə üçün yeni imkanlar açır . Bu imkanlar Şuşa və ətraf ərazilərin sakinləri, eləcə də və Qarabağda yaşayan ermənilər üçün firavan bir gələcək vəd edir”.

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli mətbuata açıqlmasında bildirib.

Millət vəkili qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması böyük bir tarixi hadisədir: “Bəyannamə ölkələrimiz arasında iqtisadi, siyasi, ideoloji və digər sahələrdə münasibətlərin davamlı inkişafını təmin edəcək. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Şuşa Bəyannaməsi həm də inteqrasiya prosesləri üçün hüquqi və mənəvi zəmin yaradır. Beləliklə, Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal bir fürsət yaranıb. Əlverişli fürsət yaradan səbəblər barədə ayrıca danışmağa dəyər. Çünki bu gün Ermənistanda vəziyyət qeyri-sabitdir. Ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə əlaqələndirir. Erməni cəmiyyətində Qarabağ ermənilərinin kənarlaşdırılması getdikcə artır, onlara qarşı münasibət heç də birmənalı deyil”.

Müşfiq Məmmədli  vurğulayıb ki, bütün bunlarla yanaşı Ermənistanda yaşayan və erməni diasporasında təmsil olunan bir çox nüfuzlu şəxslər də Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına görə Azərbaycana məxsus olduğunu açıq şəkildə bəyan edirlər: “Bir bu fikirləri keçmiş prezident Levon Ter-Petrosyanın, keçmiş xarici siyasət müşaviri Jirair Liparidianın dilindən eşidirik.  Eyni zamanda blogerlərin, insan haqları fəallarının və digər şəxslərin ermənistan mətbuatında xalqa hərbi ritorikanın əhəmiyyətsizliyini və qonşularla dinc yanaşı yaşamağın vacibliyini şərh etdiyini, çatdırdığını görürük. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh sazişinin imzalanmasını dəstəkləyir. Təsadüfi deyil ki, bir ümddət öncə Ermənistanda keçirilən seçkilərdə əhali revanşist qüvvələrə səs vermədi. Bütün bunlar onu göstərir ki, sadə erməni xalqı bu səpkidə olan çıxışların, fikirlərin tərəfdarıdır”.

Millət vəkili Müşfiq Məmmədli bildirib ki, 44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı: “Azərbaycanın yaratmış olduğu reallıq beynəlxalq münasibətlər sisteminə də öz təsirini göstərir. ABŞ-ın Azərbaycan, Türkiyə və Ermənistan arasındakı münasibətləri tənzimlənməsi ilə bağlı ədalətli mövqeyində biz bunun şahidi olduq. 8 iyun 2021-ci il tarixində Prezident Baydenin Senatın xarici əlaqələr komitəsində 2022-ci il üçün dinləmələri zamanı Nyu-Cersi Demokrat Bob Menendes də daxil olmaqla bir neçə senator erməni əsrilərin qanunsuz saxlandığını iddia edərək Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmağa çağırdı. Dinləmələrdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin İcraçı direktoru Aram Hamparyan 907-ci düzəlişin yenidən qüvvəyə minəcəyini bildirdi. Buna baxmayaraq Dövlət katibi Əntoni Blinken “bu və digər detallar üzərində iş getdiyini” deməklə kifayətləndi və beləliklə  Erməni cəmiyyətinin Senatdakı dinləmələrlə bağlı gözləntiləri puç oldu.  14 iyun tarixində ABŞ prezidenti NATO sammiti çərçivəsində Türkiyə prezidenti ilə görüşü və Baydenin “Əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” fikri erməni cəmiyyətində məyusluğa səbəb oldu. Hansı ki, erməni cəmiyyəti bu görüşdən başqa nəticə gözləyirdi. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya səfər etməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi”.

Şuşa bəyannaməsin əhəmiyyətinə toxunan millət vəkili bildirib ki, regionda yeni bir geosiyasi mənzərə meydana gəlib: “NATO Türkiyənin timsalında bölgəyə daxil olur. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı təsiri Qərb ölkələri tərəfindən tədricən azalır. Rusiyanın Əfqanıstan, Liviya və Suriyadakı hərbi mövcudluğu daxili iqtisadi vəziyyətin pisləşməsi ilə müşayiət olunub. Bu baxımdan Rus hərbçilərinin Azərbaycanda qalması da zəif Rusiya iqtisadiyyatı üçün asan olmayacaq. Erməni icması başa düşür ki, rus sülhməramlılarının bölgədən çıxması onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə bir vəziyyətdə azərbaycanlılarla ya mübarizə aparmaq, ya da dost olmaq lazım gələcək. Buna görə də, hər halda, Ermənistan nə hərbi, nə siyasi, nə iqtisadi, nə də psixoloji olaraq növbəti müharibəyə hazır deyil. Bu səbəbdən də erməni icması mövcud vəziyyəti düzgün dəyərləndirərək münasibətləri normallaşdırmaq, mövcud reallıqla barışıb əməkdaşlıq yolunu tutmalıdırlar.

Bəyannamə eyni zamanda yeni iqtisadi münasibətlərin formalaşmasına da öz müsbət təsirini göstərəcək. Bölgəyə böyük yeni investisiyaların qoyulması gözlənilir. Bu o deməkdir ki, bir neçə ildən sonra Şuşa və Xankəndinin inkişaf səviyyəsindəki əhəmiyyətli fərqlər özünü büruzə verəcəkdir. Şuşada və onun ətrafında turizm üçün yaxşı imkanlar olacaq. Əhalinin vəziyyəti, ticarət imkanları, iş yerlərindəki fərqlər Azərbaycanı ermənilər üçün daha cəlbedici edəcəkdir. Bu baxımdan erməni cəmiyyəti mövcud vəziyyətlə barışmalı və inteqrasiya prosesi haqqında ciddi düşünməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər