Bu gün Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı şəhərində vətəndaş qəbulu keçirib.
Heydər Əliyev mərkəzində qəbula gələn insanlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.
Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.
Qeyd edək ki, 44 saylı Sumqayıt Xızı seçki dairəsi üzrə mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Növbəti qəbulda iştirak etmək üçün sosial şəbəkə vasitəsi ilə və ya 0502779684 nömrəsi ilə əlaqə saxlamağınız rica olunur.