Muxtar Babayev seçicilərlə görüşdü

1550

 

 

 

 

 

 

 

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat se¬çilmiş Muxtar Babayevin şəhərin 10-cü və 13-cü mikrorayonları ərazisində yaşayan seçiciləri ilə növbəti görüşü olmuşdur. Görüş xeyr-şər evilərində keçirilib.

Görüş zamanı millət vəkili ölkə prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən söhbət açmış, respublikada sosial-iqtisadi sahələrdə əldə olunmuş uğurlardan danışmışdır. Bildirilmişdir ki, ölkə başçısının tapşırığı və tövsiyəsi ilə son illərdə sənaye şəhəri olan Sumqayıtın sosial-iqtisadi inkişafına diqqət artırılmış, yenidənqurma, abadlıq və quruculuq işləri gücləndirilmiş, şəhərin coğrafi xəritəsində yeni sənaye müəssisləri meydana gəlmiş, yüzlərlə yeni iş yerləri açılmış, əhalinin sosial-rifah halı daha da yaxşılaşmışdır.
Millət vəkili seçicilərin müraciət və təkliflərini dinləmiş, onların suallarını cavab¬lan-dırmış, qaldırılan problemlərin həlli ilə bağlı görülməkdə olan işlər barədə məlumat vermişdir.

sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər