Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev nazirliyin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyevaya yeni vəzifə verib.
U. Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub.
Qeyd edək ki, xanım Tağıyeva 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində çalışıb.
Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumatı təsdiqləyiblər. unikal.org