Muxtar Babayev yaponiyalı həmkarları ilə görüşdü

1184

Yaponiyanın Baş nazirinin xüsusi məsləhətçisi Tomohiko Taniquçi Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Tomohiko Taniquçi həmçinin Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşüb. Görüş Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin İqamətgahında baş tutub.

Görüşdə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayev, Milli Məclisin deputatları Hadi Rəcəbli və Məlahət İbrahimqızı iştirak ediblər.

Görüş zamanı Yaponiya  və Azərbaycan Respublikası arasındakı qarşılıqlı faydalı əmakdaşlıq və dostluq münasibətləri haqqında söhbət açılmış, xarici siyasətlə bağlı fikir mübadiləsi aparılmış və ümumi inkişaf perspektivləri müzakirə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər