Azərbaycanın müxtəlif peşə sahələrinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşılan videoda müxtəlif sahələrdə çalışan insanlar Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.