Narkomanlar evində həbs edildi

1014

Dünən gecə saatlarında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının  Tağıyev qəsəbəsinin Gecəqondu yaşayış massivində apardığı əməliyyat axtarış tədbirləri nəticəsində  4  Sumqayıt sakini saxlanılıb.

“Xeberle.com”un verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Cəbiyev Bəhlul  Niftulla oğlu,   1977-ci il təvəllüdlü Hüseynov Əhliman Adil oğlu, 1987-ci il təvəllüdlü Abışov Səxavət Tumarxan oğlu və 1982-ci il təvəllüdlü Orucov Rəşad Azad oğlundan tiryək  aşkar edilərək götürülüb.  Tağıyev qəsəbəsinin Gecəqondu yaşayış massivi sakini Bəhlul Cəbiyevin  evində aparılan axtarış zamanı narkotik vasitə ilə yanaşı xeyli sayda şprisin olduğu da müəyyən edilib.   B. Cəbiyev indiyədək  3 dəfə (soyğunçuluq, narkotik vasitələrdən istifadə və xuliqanlıq) məhkum həyatı yaşayıb.    Əhliman Hüseynov isə 2 dəfə  ( narkotik vasitələrdən istifadə və xuliqanlıq) məhkum olunub. Rəşad Orucovun isə 1 məhkumluğu (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) var.

Şəhər Polis İdarəsindən “sumqayitxeber”ə verilən məlumata görə əməliyyat tədbirləri zamanı məlum olub ki, adıçəkilən şəxslər ötən ilin sonlarında  “Azərikimya” İstehsalat Birliyinə, Sumqayıt Telekommunikasiya Qovşağına məxsus müəsissələrə də ziyan vurublar. Belə ki, onlar  həmin dövlət orqanlarına məxsus  10-dan çox obyektə məxsus  mis məftillərini oğurlayıblar. Faktla bağlı istintaq aparılır.

Məlumat üçün bildirək ki, hadisə yerinə SŞPİ-nin rəis müavini Azər Cahangirov da gəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər