Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq

1219

Bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. İki gün əvvəl  Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.

“Yeni Müsavat”ın yazdığına görə, baş nazirin ötən ay etdiyi təyinatı diqqət çəkib. Belə ki, Nazirlər Kabinetinin işdən çıxarılan  Aparat rəhbəri Ağa-Bala Hacıyevə yeni müavin təyin edilib. Bu, Mərkəzi Seçki Komissiyasının sabiq sədr müavini Natiq Məmmədovdur. Natiq Məmmədovun MSK sədrinin müavini kimi yüksək bir postu tərk edərək Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə getməsi heç də birmənalı qarşılanmamışdı.

Qəzet yazır ki, hələ o zaman da belə iddia vardı ki, Nazirlər Kabinetinin Aparat rəhbəri olan 77 yaşlı Ağa-Bala Hacıyev tezliklə  təqaüdə çıxacaq və onun yerini N.Məmmədov tutacaq.  Bəzi iddialara görə, yaxın günlərdə N.Məmmədov  NK Aparat rəhbəri təyin ediləcək.

Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər