Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb.
“Qafqazinfo” xəbər verir ki, 1975-ci il təvəllüdlü F.Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir.
O, bugünkü təyinatadək “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü olub.
F.Nəcəfli daha əvvəl “Paşa Holdinq”ə daxil olan bir sıra şirkətlərdə çalışıb.
Müzakirə qapadılmışdır.