Naxçıvanda gərgin anlar

805

İstanbuldan Gəncəyə gedən təyyarənin sərnişinləri onları Bakıya, ya da Qəbələyə aparmalarını tələb edirlər.

Saat 04:25 reysi ilə İstanbuldan-Naxçıvana, Naxçıvandan-Gəncəyə uçacaq olan Türk Hava Yolu şirkətinə məxsus TK 0328 nömrəli aviareysi yolda qalıb. “Azadinform”un təyyarədə olan əməkdaşı xəbər verir ki, İstanbuldan-Naxçıvana şərnişinləri gətirib 1-2 saat Naxçıvanda gözləyən reys Naxçıvandakı sərnişinlərini alıb Gəncəyə yola düşüb. Reysin Gəncəyə çatmasına az qalmasına rəğmən eniş təxirə salınıb. Buna səbəb havanın çox buludlu olması göstərilib. Nəticədə reys Naxçıvana geri dönüb. 5-6 saata yaxındır ki, sərnişinlər təyyarədə gözləyiblər. Bundan sonra isə sərnişinlər aşağı endirilərək, Naxçıvan Hava Limanının gözləmə salonuna alınıblar.

THY şirkətinin təyyarədə olan əməkdaşları bildiriblər ki, 2 saatdan sonra təyyarə yenidən Gəncəyə uça bilər. İnsanların narazılığı müşahidə edilir. Həmin reysdə olan THY şirkətinin əməkdaşlarının kobudluğundan sərnişinlər narazılıq edirlər. Hətta bu barədə kapitana da məlumat veriblər. Kapitan sərnişinlərdən üzr istəyib. Naxçıvan Hava Limanında çalışanların sərnişinlərə isti münasibət göstərdiyi bildirilir.

Son məlumata görə, təyyarənin Gəncəyə enmək şansı 30 faizdir. Təyyarə enə bilməsə sərnişinləri yeniden İstanbula aparacaqlar. Sərnişinlər isə onları Bakıya, ya da Qəbələyə aparmalarını tələb edirlər. Hətta avtobus təşkil edib, Bakıya aparılmalarını istəyirlər.

Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər