Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunub ki, sabiq Prezidentin səhhəti ilə bağlı hər hansı narahatlıq yoxdur, o, distant rejimdə fəaliyyətini davam etdirir.